Sorğuda iştirak edin

Öz musiqi zövqünüzü bizimlə bölüşün

“Musiqi həyatın ritmini və harmoniyasını ifadə edən bir sənətdir. O, hisslərimizi və düşüncələrimizi üzə çıxarmağın ən təsirli yollarından biridir. Musiqi insanları bir araya gətirir və onları ortaq duyğularla birləşdirir.”

Hans Zimmer

Əfsuslar olsun ki, bir çox məkanlarda sırf musiqi tərbibatına cavabdeh şəxs olmur. Əməkdaş özü “Youtube”, “Spotify” və s. digər platformalardan musiqi səsləndirməli olur. Bəli, bu sadə görünə bilər. Yalnız, səsləndirilən musiqi tərzləri, onların ardıcıllığı, günün saatı, müştərilərə uyğunluğu və digər məqamlar əksər hallarda nəzərə alınmır. Musiqilərin səs səviyyələrinin fərqli olması, yaxud, eyni ifaçıya məxsus mahnıların avtomatik olaraq ardıcıl gəlməsi hər dəfə müdaxilə tələb edir. Bu isə əlavə insan resursuvaxtın sərfiyyatı deməkdir.

Sizin brendinizin musiqi ilə vəhdətini yaradan bir platformadır. Buna brendinizin fərdi radiosu da demək olar.

Biz ictimai iaşə obyektləri (restoranlar, kafelər, hotellər, ticarət və əyləncə mərkəzləri, marketlər, spa və gözəllik salonları, idman və sağlamlıq mərkəzləri, kitabxanalar və s.) üçün xüsusi musiqi tərtibatı yaradırıq.

Niyə biz?

Çünkü, illərdir musiqi sənayesinin bir parçasıyıq. Komanda üzvlərimizin 20 ilə yaxın peşəkar radioDJ/Prodüserlik təcrübələri var. Müxtəlif növ məkanlar, festivallar, təqdimatlar, beynəlxalq tədbirlərin musiqi tərtibatını həyata keçiririk.

Necə işləyirik?

Siz müraciət edirsiniz, obyektin müştəriləri haqqında bəzi məlumatları və öz istəklərinizi bildirirsiniz. Biz araşdırırıq və nəticədə biznesiniz üçün ən uyğun modeli təklif edirik.

Üstünlüklərimiz

  • istənilən smart cihaz vasitəsilə səsləndirilə bilmək
  • 24/7 reklamsız və fasiləsiz musiqi
  • minimum təkrarçılıq
  • məkana uyğun individual yanaşma
  • sizin özəl elan və məlumatlarınızın daxil edilməsi

Bizimlə əlaqə

Bakı. Azərbaycan

Telefon

+994 51 510 25 10

Email

hello@playlist.az